Cüdoçumuz Asiya kubokunda bürünc qazandı

ESTAFET/ Çin Xalq Respublikasının Makau şəhərində cüdo üzrə yeniyetmələr arasında Asiya kuboku yarışı keçirilib.

 

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Talıbov bürünc medala sahib olub.

 

Qeyd edək ki, 29 ölkədən 125 (80 oğlan, 45 qız) cüdoçunun qüvvəsini sınadığı mötəbər turnirdə Azərbaycan millisi 3 cüdoçu ilə təmsil olunub.  

Müəllif: Bəhruz MƏMMƏDOV