TPL-də mövsümün püşkü atıldı
ESTAFET/ Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünün püşkü atılıb. Tədbir AFFA-nın inzibatı binasında baş tutub.
XXVII Azərbaycan çempionatında mübarizə aparacaq 8 komanda - “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Keşlə”, “Səbail” və “Sabah” ilk turdakı rəqiblərini tanıyıb.
1-ci tur avqustun 11-12-də keçiriləcək.
Qeyd edək ki, 2018/19 mövsümündə 8 komanda dairəvi sistemlə 4 dövrədə qüvvəsini sınayacaq.
I tur
“Keşlə” – “Sabah”
“Qarabağ” – “Zirə”
“Qəbələ” – “Səbail”
“Sumqayıt” – “Neftçi”