Şəhriyar tislimi sındırdı və çempion oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, İsveçrənin Bil şəhərində ənənəvi keçirilən 51-ci Bil superturniri keçirilir. Turnirdə Azərbaycan beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovla təmsil olunur. Təmsilçimiz startdan başlayan uğurlu oyunu davam etdirir.

 

Bu gün keçirilən 9-cu turun oyununda şahmatçımız ağ fiqurlarla dünya şahmatının lideri Maqnus Karlsenə qalib gələrək ən yaxın izləyicisndən 2 xal irəli çıxıb və sona bir tur qalmış çempionluğunu rəsmiləşdirirb.

 

Xatırladaq ki, 10 ildən artıqdı Şəhriyar Karlsen üzərində qələbə qazana bilmirdi. 

 

 

Müəllif: Natiq NƏSİROV