Növbəti xoşbəxtlər müəyyənləşdi - ÇL - II təsnifat mərhələsi

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək. İkinci oyun günündə 9 qarşılaşma baş tutacaq. Qalib komandalar III təsnifat mərhələsində, məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

Azərbaycan çempionu “Qarabağ” mərhələnin son günündə Bakıda Albaniya “Kukesi”sini qəbul edəcək. Bu qarşılaşmada mərhələ adlayan komandanın rəqibi də həmin gün müəyyənləşəcək.

 

HİK Finlandiyada Belarusun BATE klubunu qəbul edəcək. İlk oyunda qolsuz sülhlə ayrılan komandalar cütün güclüsünü Skandinaviyada aydınlaşdıracaq.

 

UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü

II təsnifat mərhələsi, cavab oyunları

1 avqust 2018 

 

HİK (Finlandiya) - BATE (Belarus)  1:2

İlk oyun - 0:0

 

“Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya)  3:0

İlk oyun - 0:0

 

“Mityulland” (Danimarka) - “Astana” (Qazaxıstan)  0:0

İlk oyun – 1:2

 

“Malmö” (İsveç) - ÇFR (Kluj, Rumıniya)  1:1

İlk oyun – 1:0

 

“Suduva” (Litva) - “Srvena Zvezda” (Serbiya)  0:2

İlk oyun – 0:3

 

“Bazel” (İsveçrə) - PAOK (Yunanıstan)  0:3

İlk oyun – 1:2

 

“Videoton” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan)  1:0

İlk oyun - 0:0

 

“Şturm” (Avstriya) - “Ayaks” (Hollandiya)  1:3

İlk oyun – 0:2

 

“Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya)  0:0

İlk oyun - 1:3 

Müəllif: Natiq NƏSİROV