Belarus mətbuatı "Qarabağ" haqda yazdı

ESTAFET/ Belarus mətbuatı Çempionlar Liqasında (ÇL) təmsilçisi BATE-nin növbəti rəqibi olan "Qarabağ"a diqqət ayırmağa başlayıb. Bu ölkənin by.tribuna.com saytı oxucularına III təsnifat mərhələsində qarşılaşacaqları Ağdam klubu haqda geniş tanıtım edib: "Qarabağ" rəsmi olaraq Ağdam şəhərini təmsil edir. Düzdür, o, hazırda demək olar heç nəyi tərənnüm etmir. Ağdam tanınmayan Dağlıq Darabağ Respublikasının ərazisində yerləşir. Məlum üzücü müharibəyədək Ağdamda 20 minə yaxın insan yaşayırdı, indi 360 nəfər. Azərbaycanın nəzarətində olmayan ərazidə "Qarabağ" təbii ki, heç bir rəsmi matç keçirməyib. De-fakto komanda paytaxt Bakıda məskunlaşıb. Ancaq "Qarabağ"ın avtokuboklarda uğuru erməni KİV-ini çox qəzəbləndirir. Onlar tez-tez klubu siyasi layihə adlandırırlar. Bəli, klub da sakit olmayan regionun şərəfinə adlandırılıb. Klubun saytında isə Dağlıq Qarabağın tarixi-siyasi konteksinə az diqqət ayrılmayıb".

 

Belaruslular Qurban Qurbanovoun komandasının cari turnirdə 4 oyunda 1 qol belə buraxmasını qeyd ediblər. "Azərbaycan komandası ÇL-ə BATE-dən əvvəl - I təsnifat mərhələsindən start götürüb. Belarusdan olan rəqibinə qədər Sloveniya "Olimpiya"sını iki oyunun yekununa görə 1:0 hesabıyla keçib. Növbəti mərhələdə isə Albaniya "Kukesi"ylə səfərdə qolsuz bərabərlik qeydə alınıb, evdəki cavab matçında isə "Qarabağ" rəqibini darmadağın edib - 3:0. Özü də Azərbaycan komandası iık 2 qolu penaltidən vurub".

 

"Qarabağ"ın ÇL-in qurupuna ilk dəfə ötən mövsüm düşməsini qeyd edən belaruslu həmkarlarımız həmin oyunların nəticələrini göstərib: "Xatırladaq ki, BATE analoji uğura 10 il öncə imza atıb. Onda Borisov təmsilçisi ölkənin tarixində ilk dəfə ÇL-in qrupuna çıxdı. "Qarabağ" Azərbaycan çempionluğunu ardıcıl 5 ildi qazanır. Hərçənd, təbii ki, BATE-nin Belarusdakı hegemenonluğuna çatmasına hələ çox vaxt var. Azərbaycan birinciliyi Belarusdan fərqli "payız-yaz" sistemiylə keçirilir. Beləliklə, BATE üçün mövsümün qızğın vaxtıdırsa, rəqib yalnız forma yığır".

 

Belarus mətbuatı "Qaraba"ın hazırkı heyətinə də yer verib: "Komandanın heyətində bol sayda legioner var. "Kukesi"ylə son oyunda dubl edən Dani Kintana ilə Miçel Madera İspaniyadandı. Qapıçılardan Hannes Halldorsson İslandiyadan, Vaqner da Silva Braziliyadandı. Həmçinin BATE-yə qarşı fransız Abdulla Zubir, xorvat Filip Ozobiç, alıbaniyalı Ansi Aqolli, polşalı Yakub Jezniçak, bolqar Simeon Slavçev, Nigeriya əsllli isveçrəli İnnosent Emeqara, Haitidən Donald Gerye və Konqodan Con Delarj oynaya bilər. Yeri gəlmişkən, Halldorssonu DÇ-2018-də Lionel Messinin penalti zərbəsini qaytarmasından xatırlamalısınız".

 

Sayt sonda klubların büdcələrini müqayisə edib: "Qarabağ" BATE-dən əhəmiyyətli dərəcədə zəngindi. O, avrokuboklarda 2 il çıxışına görə 15 milyon avrodan çox qazanıb. Komada Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədi. Ona ötən il Çempionlar Liqasının qrupuna düşməyə görə 1,2 milyon dollar ayırıb. "Qarabağ"ın büdcəsi 12-15 milyon dollar təşkil edir ki, bu da BATE-dən əhəmiyyətli dərəcə çoxdu". 

 

Mənbə: Sport24

Müəllif: Natiq NƏSİROV