“Qarabağ” - BATE matçının biletləri satışa çıxarıldı

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qarşılaşacağı BATE ilə matçın biletləri artıq satışa çıxarılıb. Biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaq üçün biletləri ilkin mərhələdə yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

 

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

 

Qeyd edək ki, “Qarabağ” - BATE matçı avqustun 7-i saat 21:00-da start götürəcək.

 

Şatış məntəqələri:

1. Qarabağ FK Fan-şop

2. Tofiq Bəhramov adına Respublika stadionun kassalarında

3. İticket.az (onlayn) 

Müəllif: Orxan NOVRUZOV