Tatyana Varantsova finalda: GAÇ - 2018

ESTAFET/ İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatı davam edir. Çempionatın dördüncü günündə gənc qızlardan ibarət yığmamızın 2 üzvü mübarizə aparıb.

 

53 kq-da mübarizə aparan Tatyana Varantsova İtaliya və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana Varantsova finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Türkiyə idmançısı olacaq.

 

Final görüşləri Bakı vaxtı ilə 3 avqust saat 20:00-da başlayacaq.

 

53 kq
FİNAL: Zeynep Yetgil (TUR) - Tatyana Varantsova
Yarımfinal: Andrea Ana (ROU) - Tatyana Varantsova 0:10
1/4 final: Tatyana Varantsova - Yevgeniya Pavlova (UKR) 9:4
1/8 final: Carmen di Dio (İTA) - Tatyana Varantsova 0:10

 

65 kq
1/8 final: Elena Esposito (İTA) - Ceyla Nağızadə 10:4 

Müəllif: Natiq NƏSİROV