“Qarabağ”ın BATE ilə oyunlar üçün heyəti

ESTAFET/ Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE klubuyla oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

 

Təmsilçimizin heyətində 2-ci təsnifat mərhələsində olduğu kimi, yenə 25 futbolçu yer alıb.

 

Onlardan 5-i qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 2-si hücumçudu. Turnirin reqalmantinə görə, hər bir komanda növbəti mərhələnin ilk matçına 1 gün qalmışadək 2 yeni futbolçu sifariş edə bilər.

 

Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 95. Məmməd Hüseynov.

 

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.

 

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 10. Dani Kintana, 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Zaur Fərzəliyev, 28. Con Delarj, 77. Donald Gerye, 91. Coşqun Diniyev.

 

Hücumçular: 7. İnnosent Emeqara, 11. Mahir Mədətov.

 

“Qarabağ”la BATE arasında ilk matç avqustun 7-də Bakıda, cavab qarşılaşması ayın 14-də Borisovda olacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV