Əsas və əvəzedici komandaların oyununda 5 qol

ESTAFET/ "Neftçi” futbol klubunun əsas və əvəzedici komandaları yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçiriblər. Komandalar "Türk Hava Yolları Futbol Mərkəzi”ndə qarşılaşıblar.

 

Əsas komanda: 1.Səlahət Ağayev, 4.Rəşad Eyubov, 8.Emin Mahmudov, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov, 25.Kirilo Petrov (K), 26.Ömər Buludov, 28.Slavko Braliç, 93.Soni Mustivar.

 

Əvəzedicilər: 30.Kamran İbrahimov, 19.Elnur Suleymanov (K), 44.Seymur Əliyev, 58.Xəlil Bəşirov, 65.Xəyal Tomarov, 67.Şöhrət Yusifov, 72.Elgün Uluxanov, 77.Mirkamil Əliyev, 87.Əsgər Hüseynov, 88.İsmayıl Zülfüqarlı, 98.Elcan Hafizli. 

 

Qarşılaşma əsas komandanın 4:1 hesablı qələıbəsi ilə yekunlaşıb. Əsas komandadan qolları Rəşad Eyyubov (30), Rəhman Hacıyev (33, 70), Kvame Karikari (81) vurublar. Əvəzedicilərdən Elvin İmanlı 86-cı dəqiqədə fərqlənib. 

Müəllif: Natiq NƏSİROV