Fuad Bayramov əməliyyat olundu

ESTAFET/ “Keşlə” klubunun futbolçusu Fuad Bayramov əməliyyat olunub. O. bu gün səhər Türkiyədə diz bağlarından əməliyyata məruz qalıb.

 

Klubun mətbuat katibi Səbuhi Məmmədovun sosial şəbəkədə yaydığı məlumata görə, həkim Serdar Mehmet Binnetin həyata keçirdiyi əməliyyat uğurla başa çatıb.

 

Futbolçunun nə zaman yaşıl meydanlara qayıdacağı haqda məlumat verilmir.

Müəllif: Natiq NƏSİROV