“Qarabağ”ın oyununda hollandiyalı “casus”lar

ESTAFET/ Bu axşam Çempionlar Liqasının III təsnifat raundunda Bakıda üz-üzə gələcək “Qarabağ” – BATE matçını IV raundda bu cütlüyün qalibinin rəqibi olacaq Hollandiya PSV-sinin nümayəndələri də izləyəcək. Bu barədə məlumatı Sport24.az-ın sorğusunu cavablandıran Hollandiya çempionunun mətbuat xidmətindən veriblər:

 

“İki nümayəndəmizi Bakıya ezam etmişik. Onlar qarşlaşmanı izləyib baş məşqçi Mark van Bommelə ətraflı informasiya verəcəklər”.

 

Qeyd edək ki, “Qarabağ” – BATE matçı Tofiq Bəhramov adına stadionda bu axşam saat 21:00-da start götürəcək. 

Müəllif: Natiq NƏSİROV