İsveçli hücumçu Leverkuzendə oynayacaq

ESTAFET/ İsveç millisinin və "Anderlext" (Belçika) klubunun hücumçusu İsaak Telin iş yerini Almaniyaya dəyişib. Leverkuzen "Bayer"i hücumçunu icarə əsasında komandaya cəlb edib. 

 

Moskva "Lokomotiv"i və Kiyev "Dinamo"sunun da maraq dairəsində olan futbolçu ilə müqavilənin müddəasına görə futbolçunun satışı məsələsinə 1 ildən sonra baxıla bilər.

 

Yeni klubunda 11 nömrəli forma geyəcək hücumçu ötəm növsüm keçmiş komandasının heyətində 19 qol vurmuşdu. Mundialda adı yığma komandanın iştirak ərizəsində olsa da, oyunlarda iştirak etməyib.

Müəllif: Natiq NƏSİROV