VAR-dan istifadə olunmayacaq: UEFA-nın qərarı

ESTAFET/ DÇ-2018-də də istifadə edilən video təkrar sistemi (VAR) ilə bağlı UEFA qərarını açıqlayb. Belə ki, qitənin ali futbol qurumu bu il Çempionlar Liqasında VAR sistemindən istifadə edilməyəcəyini bildirib.

 

Buna səbəb, il ərzində hakimlərin VAR ilə bağlı dərslərə cəlb olunması, onların daha da təkmilləşməsinə diqqət ayırmaqdır. Növbəti mövsümdən Çempionlar Liqasında da VAR tətbiq olunacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV