"Azərbaycanlılarla qarşılaşmada hələ heç nə həll olunmayıb": Filipenko

ESTAFET/ "Çox çətin idi. İlk hissədə pis təsir bağışlamadıq. Mənə elə gəlir ki, rəqibi üstələyirdik. O yalnız bir az çox topa sahib olurdu. Perspektivli hücumlara qaçırdıq və yenə qol vura bilərdik". Bu sözləri BATE-nin futbolçusu Yeqor Filipenko Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a 1:0 hesabıyla qalib gəldikləri səfər matçı haqda deyib.

 

Rəqib ikinci 45 dəqiqəni ilk hissədən zəif keçirib ki, müdafiəçi buna belə izah verib: "Bu, bədbəxtçiliyimizdi. Təhlil edərək səbəbləri başa düşməyə çalışırıq. Hesab edirəm kİ, məsələ pisxologiyadadı. Hesabda 1:0 irəlidəyik və üstünlüyü qorumaq məqsədimiz var idi. Hərçənd, "Qarabağ" oynamağa imkan verirdi və oyun quruculuğu planında daha yaxşı ola bilərdik".

 

Filipenko ikinci hissədə öz cərimə meydanları yaxınlığında uğursuz ötürmələrinin səbəbini belə göstərib: "Sadəcə, topsuz çox qaçırdıq, hardasa onu saxlamağa çalışırdıq. Təəssüf ki, hərdən səhvlər buraxırdıq. Bu, futboldu. Onda komanda yoldaşlarım məni sığıortalayırdı. Digər epizodlarda isə mən köməyə gəlirdim. Xoşbəxtlikdən qapıçmız da bu gün xilas etdi. Şerbitski son qarşılaşmalarda bizi tez-tez xilas edirdi. Təsadüfi deyil ki, onunla "Milan" kimi klublar maraqlanır (gülür). Xarici skautlar BATE-nin matçlarına tez-tez gəlsələr, Denis tezliklə komandanı tərk edəcək".

 

Yeqor cütün qalibinə hələ aydınlıq gəlmədiyini söyləyib: "Aydın məsələdir ki, azərbaycanlılarla qarşılaşmada hələ heç nə həll olunmayıb. "Borisov-Arena"dakı matçöncəsi şanslar bərabərdi. İki oyunun yekununa görə qələbəni bayram etmək üçün maksimum güc sərf edəcəyik. Sadəcə, müdafiədə dəqiq oynamalıyıq. "Qarabağ" irəli getməli olacaq. Vəziyyətdən istifadə edərək şanslarımızı reallaşdırmalıyıq". 

 

Mənbə: Sport24

Müəllif: Natiq NƏSİROV