Peşəkar Futbol Liqasının məlumatı
ESTAFET/ Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. “Qarabağ” III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.
“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib:
Topaz Premyer Liqasının I turunun “Qarabağ” - “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilsin.