UEFA ÇL-in əy yaxşısı adına namizədləri açıqladı

ESTAFET/ UEFA, Çempionlar Liqasının 2017/18 mövsümündə müxtəlif nominasiyalar üzrə ən yaxşı oyunçu adına namizədlərin siyahısını açıqlayıb. Geridə qalan mövsümün ən yaxşısı olmağa namizədlər bunlardı:

 

Ən yaxşı qapıçı: Canluici Buffon (“Yuventus” / PSJ), Alisson (“Roma” / “Liverpul”), Keylos Navas (“Real”).

 

Ən yaxşı müdafiəçi: Marselo, Serxio Ramos, Rafael Varan (hamısı "Real").

 

Ən yaxşı yarımmüdafiəçi: Toni Kroos, Luka Modriç (hər ikisi “Real”), Kevin de Breyne (“Mançester Siti).

 

Ən yaxşı hücumçu: Lionel Messi (“Barselona”), Kristiano Ronaldo (“Real” / “Yuventus”), Məhəmməd Salah (Liverpul).

 

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılacaq.

 

Qalibin adı isə avqustun 30-da keçiriləcək ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
 

Müəllif: Orxan NOVRUZOV