Millimizin rəqibləri bəlli oldu
ESTAFET/ Qazaxıstanda təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyənləşib. U-17 millimiz B qrupunda Qazaxıstanın U-17 və Qırğızıstanın U-16 yığmaları ilə mübarizə aparacaq.
Turnir 23-29 avqust tarixlərində Talqar şəhərində keçiriləcək.
Mənbə: Sport24