Messidən yeni rekord

ESTAFET/ İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi yeni rekorda imza atıb. Ulduz futbolçu Kataloniya təmsilçisinin heyətində qazandığı titulların sayına görə hamını qabaqlayıb.

 

Onun komandası ötən gecə İspaniya Super Kuboku çərçivəsində “Sevilya”ya qalib gələrək növbəti titula yiyələnib. Bu, 31 yaşlı Messinin karyerası ərzində 33-cü mükafatı olub.

 

Qeyd edək ki, Messiyə qədər “Barselona” ilə ən çox titul qazanan futbolçu Andres İnyesta idi. Lakin 32 mükafat qazanmış ispaniyalı futbolçu bu yay Kataloniya təmsilçisi ilə yollarını ayırdı. 

Müəllif: Bəhruz MƏMMƏDOV