“Fiorentina”da yeni hücumçu

ESTAFET/ İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib. A Seriyası təmsilçisi İngiltərənin “Vest Hem” klubunun yarımmüdafiəçisi Edimilson Fernandesi heyətinə qatıb. Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.

 

22 yaşlı xavbek mövsümün sonunadək icarəyə götürülüb.

 

İsveçrənin “Sion” klubunun yetirməsi olan Edimilson “Vest Hem”də 2016-cı ildən çıxış edir. Gənc futbolçu İsveçrə yığmasına da dəvət alır. 

Müəllif: Orxan NOVRUZOV