"Qarabağ"dan qələbə, Zirədə sülh oldu

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib. Turun ilk oyun günündə iki görüş baş tutub.

 

Öncə “Bayıl Arena”da “Səbail”lə “Qarabağ” üz-üzə gəlib. Son ölkə çempionu “Qarabağ” yeni mövsümdə ilk matçına çıxırdı. Avrokuboklardakı çıxışına görə ilk turda “Zirə” ilə oyununun təxirə salınmasını istəyən Ağdam təmsilçisi yeni mövsümə uğurlu start vermək istəyindəydi və bu istəyini 2 cavabsız qolla reallaşdırdı. Aftandil Hacıyevin komandası isə hələ ki, nə xal, nə də qol hesabını aça bilməyib. 

 

Günün digər matçında paytaxt derbisi baş tutub. “Zirə” “Keşlə” ilə üz-üzə gəlib. 

 

Topaz Premyer Liqası, 2018/2019 mövsümü

2-ci tur

18 avqust 2018

 

Səbail - Qarabağ 0:2
Qollar: Mahir Mədətov 27, 86

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.

Bakı. “Bayıl Arena”

Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 22. Edqar Paçeko, 18. Aqşin Qurbanlı, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 70. Ürfan İsmayılov, 88. Orxan Qurbanlı, 85. Xaliq İbrahimov.
Baş məşqçi: Aftandil Hacıyev.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 1. Hannes Halldorsson, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Markos Madera, 18. İsmayıl İbrahimli, 77. Donald Gerrye, 88. Rafael Məhərrəmli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

 

Zirə - Keşlə 2:2
Qollar: Mirsahib Abbasov 2. Pərdis Azad 36 : Slavik Alxasov 53. Andre Klennon 90+1.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov.

Bakı. “AZAL Arena”, 20:30.

Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 10. Sadio Tounkara, 11. Dilan Duventru, 26. Miloş Radivoyeviç, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 4. Müşfiq İlyasov, 8. Kamal Mirzəyev, 13. Murad Musayev, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 88. Tellur Mütəllimov, 98. Aqşin Quluzadə.
Baş məşqçi: Ayxan Abbasov.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 14. Andre Klennon, 21. Herve Tçami, 33. Tərlan Quliyev, 17. Samir Məsimov, 22. Nikola Mitroviç, 90. Ebrima Sohna, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 11. Bahodir Nasimov, 10. Ruslan Nəsirli, 27. Adrian Skarlatake, 88. Məmməd Quliyev, 9. Amil Yunanov, 65. Cabir Əmirli, 19. Azər Salahlı, 8. Miloş Bosançiç, 7. Vaqif Cavadov, 66. Murad Qayalı.
Baş məşqçi: Mladen Milinkoviç.

Müəllif: Natiq NƏSİROV