Paytaxt təmsilçisindən daha 2 transfer

ESTAFET/ Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib. Super Liqa təmsilçisi Yunanıstan PAOK-undan fransalı Tibo Muleni və İtaliyanın “Verona” klubundan Alessio Çerçini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

28 yaşlı Tibo Fransanın “Kan” klubunun yetirməsidi. Yarımmüdafiəçi karyerası ərzində “Şatoru”, “Klermon”, “Vasland Beveren”, “Legiya” (Varşava) klublarında da çıxış edib. Müqavilə ilə PAOK-a məxsus olan futbolçu bir mövsümlük icarəyə götürülüb.

 

İtaliyalı yarımmüdafiəçi Çerçi isə birdəfəlik transfer olunub. 31 yaşlı futbolçu paytaxt təmsilçisinə azad agent kimi transfer edilib. Onunla 1 illik müqavilə imzalanıb.

 

Karyerası ərzində “Roma”, “Torino”, “Atletiko”, “Milan”, “Cenoa” kimi klublarda forma geyinən Çerçinin son ünvanı “Verona” klubu olub. 

Müəllif: Bəhruz MƏMMƏDOV