PFL 2 oyunun vaxtını dəyişdi

ESTAFET/ “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının III turunda “Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. “Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib.


Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.  

Müəllif: Natiq NƏSİROV