3-cü turun rəmzi yığması: TPL - 2018/2019 mövsümü

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında III turun rəmzi komandası açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, "11-lik" "InStat Sport"un təhlili əsasında müəyyənləşib.

 

Simvolik heyətə "Qarabağ"ın 5, "Sabah"ın 3, "Keşlə", "Neftçi" və "Səbail"in hərəyə 1 oyunçusu düşüb:

 

Qapıçı: Şahrudin Məhəmmədəliyev ("Qarabağ")

 

Müdafiəçilər: Ansi Aqolli ("Qarabağ"), Rahil Məmmədov ("Qarabağ"), Denis Silva ("Keşlə"), Novruz Məmmədov ("Sabah")

 

Yarımmüdafiəçilər: Elşən Abdullayev ("Sabah"), Simeon Slavçev ("Qarabağ"), Filip Ozobiç ("Qarabağ"), Kevin Kubemba ("Səbail")

 

Hücumçular: Marko Deviç ("Sabah"), Kvame Karikari ("Neftçi").

 

Qeyd edək ki, Premyer Liqanın III turunda "Qarabağ" "Neftçi" ilə, "Qəbələ" "Sumqayıt"la heç-heçə edib - 1:1. "Sabah" səfərdə "Zirə"ni 2:0, "Səbail" "Keşlə"ni 2:1 hesabı ilə yenib.  

Müəllif: Orxan NOVRUZOV