"Zərə"də yeni baş məşqçi

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqası komandalarından olan "Zirə"nin yeni baş məşqçisi bəlli olub.

 

Klubun rəsmi saytının məlumatına görə, komanda Samir Abasova həvalə olunub. Gənc mütəxəssislə mövsüm sonuna kimi müqavilə bağlanılıb. O, yeni komandasında Ayxan Abbasovu əvəzləyib.

 

Qeyd edək ki, Samir Abasovun əvvəlki iş yeri ötən mövsümün son turunda məhz "Zirə"yə 1:2 hesablı məğlubiyyətdən sonra istefa verdiyi "Sumqayıt" olub.  

Müəllif: Bəhruz MƏMMƏDOV