Futzal Liqalarında püşkün vaxtı açıqlandı

ESTAFET/ Sentyabrın 8-də, saat 12:00-da Bakı İdman Sarayının Mətbuat Konfransı otağında futzal üzrə Yüksək, Birinci və İkinci liqaların 2018/19-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.

 

Yüksək Liqada 7 (Araz, EKOL, Neftçi İK, Yasamal FK, Xəzər Cənub, Liman, Yasamal İdman-Sağlamlıq Kompleksi), Birinci Liqada 16 (Sovetski FK, Green Log, Zəngilan FK, Standard, Metropoliten, Baku Fire, Yasamal-2, Şərq, Çinar Cəbrayıl, ADBTİA, Raiq, Baku Fans, Ulduz, U-19, AZMİU, Fizuli FK), İkinci Liqada 20 (SAB, Star klub, Rəvan FK, Hövsan, Advokat, Gənclik, Borçalı FK, Dalğa, Baku Fire-2, Bibi - Heybət, Obolon, Bədr FK Xocalı, Avanqard FK, Təbriz, Atletiko Baku, Baker Hughes, Gilan Construction, Baker Tilly, Hicran, Xəzər) komanda mübarizə aparacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV