Əliyar Ağayev Rusiya-Çexiya oyununda
ESTAFET/ Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasındakı yoldaşlıq oyununa təyinat alıb. AFFA-nın rəsmi saytında verilən xəbərə görə, Ağayev sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq.
Onun köməkçiləri isə Zeynal Zeynalov və Rza Məmmədov olacaq.