Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Paraqvayda yeni baş məşqçi -
Paraqvayda yeni baş məşqçi

ESTAFET/ Futbol üzrə Paraqvay yığmasının yeni baş məşqçisi bəlli olub. Paraqvay yığmasını bundan sonra Xuan Karlos Osorio çalışdıracaq. Mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə bağlanıb.

 

Kolumbiyalı mütəxəssis bundan əvvəl Meksika yığmasına başçılıq edib. 57 yaşlı Osorio bu ölkənin yığmasında 2015-ci ildən çalışırdı və Rusiyada keçirilən mundialdan sonra komandanı tərk etmişdi.

 

Meksika DÇ-2018-in 1/8 finalında Braziliyaya məğlub olmuşdu. Paraqvay isə son iki mundialın final mərhələsində iştirak edə bilməyib. 

Müəllif: Natiq NƏSİROV