“Şerif” yenidən Bakıya gələcək

ESTAFET/ Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılıb. Azərbaycanı təmsil edəcək “Qəbələ”nin rəqibi də müəyyənləşib.

 

Belə ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə təmsilçimizə Moldova “Şerif”i rəqib olub. İlk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək. Bu yerdə qeyd edək ki, “Qarabağ” Avropa Liqasında məhz “Şerif”in əsas komandasına qalib gələrək qrup mərhələsinə adlayıb.

 

Emin İmmaəliyevin baş məşqçisi olduğu "Qəbələ" 2-ci mərhələyə çıxarsa, "Herta” (Almaniya) - "Lex” (Polşa) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu raundun matçları isə noyabrın 7-də və 28-də keçiriləcək. Təmsilçimiz ilk matmda ev sahibi olacaq.

 

Xatırladaq ki, "Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də turnirdə iştirak edən bölgə təmsilçisi 1-ci mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzub - evdə 0:2, səfərdə 0:5. 

Müəllif: Orxan NOVRUZOV