Şehiç Bakıda idman məktəbi açır

ESTAFET/ "Qarabağ"ın bosniyalı sabiq qapıçısı İbrahim Şehiç Bakıda idman məktəbi açacaq. Bosniya və Herseqovina millisinin üzvü bu barədə şəxsi "Facebook" səhifəsində yazıb.

 

Mövsüm bitəndən sonra "Qarabağ"la yollarını ayıraraq Türkiyənin “Ərzurumspor” klubuna keçən 30 yaşlı qolkiper yeni məktəbin fəaliyyəti ilə bağlı məlumat verib: "Yaxın zamanlarda Azərbaycanda İdman Təhsil Mərkəzinin açılışı olacaq. Mən və idmançı dostlarımın töhfələriylə azərbaycanlı gənc istedadlıları çalışdıraraq, bildiyimiz bütün şeyləri onlara öyrətmək istəyirik. Həmin istedadlıların Bosniya və Herseqovina, Rusiya, Türkiyə, Yunanıstan və yerli klublara transferi üçün çalışacağıq. Məqsədimiz Azərbaycandakı istedadlı uşaqların yoxa çıxmamasıdı. İlk 3 ay ərzində məktəb ödənişli olacaq. Daha sonra isə istedadlılar pulsuz çalışacaq. Bütün şərtlər yaxın zamanlarda açıqlanacaq".

 

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. 

 

Mənbə: Sport24

Müəllif: Natiq NƏSİROV