Qadın güləşçilərimiz Belarusa yollanır
ESTAFET/ Qadınlardan ibarət yığmamız sentyabrın 4-də Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışına başlayacaq.
10 gün davam edəcək hazırlıq prosesində baş məşqçi Aslan Ağayev və Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edəcək.
Toplanış başa çatdıqdan sonra millimiz sentyabrın 14-16-da Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi İ-S kateqoriyalı hakim İntiqam Alıyev təmsil edəcək.