“Sabah” - “Keşlə” matçının yeri dəyişdi
ESTAFET/ “Sabah”ın “Keşlə” ilə sentyabrın 9-da baş tutacaq yoxlama oyununun keçiriləcəyi məkanda dəyişiklik edilib. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Əlincə Arena”da yox, Bakı Olimpiya Stadionunun 1-ci meydançasında keçiriləcək.
Görüş saat 17:30-da başlayacaq.