Futzal Federasiyasının rəsmi saytı fəaliyyətə başlayıb

ESTAFET/ Azərbaycan Futzal Federasiyasının rəsmi saytı – http://azfutzal.az/ fəaliyyətə başlayıb. Sayt vasitəsilə federasiyanın gördüyü işlərlə bağlı rəsmi xəbərlərlə, futzal üzrə ölkə çempionatının müxtəlif liqalarının, eləcə də Azərbaycan kubokunun oyunlarının nəticələri ilə tanış olmaq mümkün olacaq.

 

Eyni zamanda saytda oyunların canlı nəticəsi, turnir cədvəlləri, milli komandaların heyəti, keçirdiyi və keçirəcəyi oyunlar haqda mütəmadi xəbərlər yerləşdiriləcək. 

Müəllif: Orxan NOVRUZOV