Çexiya ilə oyunların hazırlığı davam edir

ESTAFET/ Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi gündə iki dəfə olmaqla hazırlığını “Olimpik Star”da məşqə çıxır.

Zədə səbəbindən Kənan Manafov millinin düşərgəsinə dəvət almayıb.

Sentyabrın 16-dək Bakıda məşq keçəcək yığmamız ertəsi gün səfərə çıxacaq. Millimiz sentyabrın 19-da və 20-də Çexiya ilə Zlin şəhərində 2 yoldaşlıq oyununda gücünü sınayacaq.

Müəllif: Məsim MƏSİMZADƏ