“Zirə” - “Qəbələ” matçının stadionu və başlama saatı açıqlandı

ESTAFET/ Milli komandaların oyunu ilə bağlı yaranmış fasilədən istifadə edən “Zirə” yoxlama oyunu keçirəcək. Sözügedən komanda öncədən də bilindiyi kimi, “Qəbələ” ilə qarşılaşacaq.

 

Artıq bu oyunun harada keçiriləcəyi də dəqiqləşib. Matç sentyabrın 8-də “Bakı”nın təlim-məşq bazasında keçiriləcək və saat 17:30-da start götürəcək.

 

Məlumatı “Zirə”nin rəsmi saytı yayıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV