FETTEL DANIŞIQLARI TƏXİRƏ SALDI

ESTAFET/ Xarici mətbuata istinadən bildiririk ki, məşhur Formula-1 pilotu Sebastyen Fettel Ferrari ilə müqavilə danışıqlarını təxirə salıb. Mövsümün əvvəlində mətbuatda gedən məlumatlarda isə artıq tərəflərin müqavilə ilə bağlı razılaşdığı bildirilirdi. Qeyd edək ki, 4 qat Dünya çempionunun hazırkı müqaviləsi 2017-ci il ilin sonunda yekunlaşacaq.


"Biz hazırda çox məşğuluq. Bütün fikirlərimiz qalan 4 yürüşə və gələn mövsümün hazırlıqlarına yönəlib. Müqaviləmin detallarını indi müzakirə etməyin çox vacib olduğunu düşünmürəm. Bizim növbəti mövsüm üçün razılaşmamız var və bu məni qane edir. Hazırda çox gərgin iş gedir, hamı çox məşğuldu. Hazırkı məqamda mən tamamilə işimə konsentrasiya olmaq istəyirəm"-deyə Fettel məsələyə münasibət bildirib.