"Kosovo qrupun favoritidir": Maykl Mifsud

ESTAFET/ Malta millisinin kapitanı Maykl Mifsud Millətlər Liqasından danışıb. Komandamızla eyni qrupda yer alan yığmanın futbolçusu çətin komandalara qarşı mübarizə aparacağını bildirib:

 

“Komandamıza yeni nəfəs gətirmək istəyirik. Biz daima üzərimizdə çalışıb dəyişikliklər etmək niyyətindəyik. Rəqiblərimizə baxsaq, Farer Adaları, Azərbaycan və Kosovo kimi komandalarla üz-üzə gələcəyik. Hər 3-ü bizim üçün çox çətin rəqibdir”.

 

40 qolla millinin bombardiri olan hücumçu Kosovonu qrupun favoriti adlandırıb: “Fikrimcə, Kosovo qrupun favoritidir. Yenə də şanslarımızdan istifadə etməyə çalışacağıq. Ümid edirəm ki, ən azı digər komandalarla oyunda xallar qazana biləcəyik”. 

Müəllif: Natiq NƏSİROV