Gənclərimizin oyunu canlı yayımda

ESTAFET/ 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsrail oyunu canlı yayımlanacaq. Matç "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.


Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək. 

Müəllif: Məsim MƏSİMZADƏ