Millimizin heyətində dəyişiklik

ESTAFET/ 21 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının üzvü Murad Mahmudov komandadan ayrılıb. Almaniyanın FCV “Frankfurt” klubuna keçən futbolçu yeni klubunda möhkəmlənmək üçün yığmanın toplanışından erkən dönmək istəyi ilə bağlı baş məşqçiyə müraciət edib.

 

Yığma komandanın rəhbəriliyi futbolçunun klub karyerasını nəzərə alaraq, müraciətinə müsbət yanaşıb və toplanışı erkən tərk edərək Almaniyaya yollanmasına icazə verib. 

Müəllif: Məsim MƏSİMZADƏ