"Uğursuz nəticələrdən qorxmuram": Qurban Qurbanov

ESTAFET/ Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının ilk turunda Kosovo yığmasıyla qolsuz bərabərliklə nəticələnən qarşılaşmadan sonra mətbuat konfransı keçirib. 46 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib.

 

- Gördüyünüz kimi, ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçuları vardı. Buna baxmayaraq, ilk hissə çətin oldu. Hiss olunurdu ki, hər iki komanda ehtiyatlı oynadı. Ancaq ikinci hissə fərqli oldu. Futbolçularımız daha məsuliyyətli idi. Ümumən, oyun nizam-intizamından razı qalıdm. Daha çox yoruldular. Səfər matçına hazır olmaq üçün maksimum güc sərf etməliyik.

 

- Hesab etmirsiniz ki, əsas heyətdə seçiminiz səhv idi?

- Deməzdim ki, qorxaq futbol oynadıq. Rəqibin heyətini özünüz də görmüsünüz. Sadəcə, ehtiyatlı oynadıq. Niyə düşünməliyəm ki, start heyətdə səhv etdim? Hazır olanları ilk dəqiqələrdən meydana buraxdım. Bu gün futbolçuların nə qədər gücü vardı, ondan istifadə etməyə çalışdıq.

 

- Bu, millimizin ən yüksək səviyyəli oyunudu, yoxsa bundan da yaxşısına qadirdi?

- Mütləq qadirdi. Sadəcə, problemləri aradan qaldırmaq lazımdı. Bunun üçün oyun praktikaları olmalı, daha yaxşı çempionatlarda oynamalıdırlar. Uğursuz nəticələrdən qorxmuram. Sadəcə, rəqibin futbolçularının öz klublarındakı göstəricilərini nəzərə almaq lazımdı. Futbolçularıma inanıram.

 

- Kosovonu məğlub etməyə nə mane oldu?

- Rəqibin oyununun taktiki analizini düzgün etmişdik. Ancaq futbolçuların oynadığı çempionatın səviyyəsi aşağıdırsa, ustalıqlarını artıra bilməzlər. Bununla özümə çıxış yolu axtarmıram. Futbolçularıma güvənirəm və reallığıı nəzəər alaraq qarşıdakı oyunlara hazırlaşacağıq. Bu gün futbolçularımız heç də pis təsir bağışlamadılar. Sonadək mübarizə apara, aqressiv ola bildilər, rəqibdən çəkinmədilər.

 

- Cavid İmamverdiyev kimi kreativ futbolçunun olmamağı da təsirini göstərdi. Onu Maltayla oyunda meydansa görə bilərikmi?

- Ola bilər. İndi bir şey deyə bilmərəm. Həmin qarşılaşmaya hələ 3 gün var. Bu gün daha hazırlıqlı futbolçular meydana çıxdı. Cavid iki gündən sonra daha hazırlıqlı olsa, onun xidmətindən istifadə edəcəyik.

 

- Oyun göstərdi ki, rəqib bizi yaxşı təhlil etmişdi. Taktiki dəyişiklik etmək istəyiniz alınmadı, yoxsa..?

- Bu rəqibin futbolçuları elə də sadə oyunçular deyil. Oynadıqları çempionatda çox güclü futbolçular görüblər. Etdiyim dəyişiklərdən sonra oyunumuz daha da sürətləndi. Bədavi Hüseynovu standart vəziyyətlərdə irəli göndərirdim. Rəqib ikinci hissədə elə də hücum edə bilmədi. Taktiki dəyişikliyə ehtiyac yox idi.

 

- Millətlər Liqası qısa qaçışa bənzəyir. Çünki 2 aya bitir. Bugünkü heç-heçədən sonra şanslarınızı necə dəyərləndərirdiniz? İlk tur olsa belə...

- Sonadək mübarizə aparacğıq. Bu, elə turnirdi ki, iki oyun uduza, ancaq sonradan qrup qalibi ola bilərsən. Bütün komandalar turnirin qalibi olmaq istəyir. Buna nail olmaq, sonadək mübarizə aparmaq fikrindəyik.

 

- Sizcə, Riçard Almeyda burdan gedəndən sonra - bu 3 ayda artırıb, yoxsa əksinə?

- Deməzdim kİ, geriləyib. O, həmişə stabil futbolçudu. Daim olduğu kimi sərbəst oynayırdı. Ümumən narazı qalmadım 

Müəllif: Bəhruz MƏMMƏDOV