2-ci tura start verildi: Millətlər Liqası

ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci tura start verilib. Yeni turnirin bu turunun lk oyun günündə 8 qarşılaşma baş tutub.

 

Günün ən diqqətçəkən görüşü A Liqası çərçivəsində Fransa və Hollandiya yığmaları arasında keçirilib. Son dünya çempionu olan fransızlar bu görüşdən qalib ayrılıblar.

 

UEFA Millətlər Liqası

2-ci turun oyunları


9 sentyabr 2018

 

A Liqası

1-ci qrup

 

Fransa - Hollandiya 2:1
Qollar: Mbappe, 14. Jiru, 75 - Babel, 67.

 

B Liqası

1-ci qrup

 

Ukrayna - Slovakiya 1:0
Qol: Yarmolenko, 80-pen.

 

4-cü qrup

Danimarka - Uels 2:0
Qollar: Eriksen, 32; 63-pen.

 

C Liqası

3-cü qrup

 

Bolqarıstan - Norveç 1:0
Qol: Vasilyev, 58.

 

Kipr - Sloveniya 2:1
Qol: Sotiriu, 69. Stoyanoviç, 88-öz qapısına - Beriç, 54.

 

D Liqası

1-ci qrup

 

Gürcüstan - Latviya 1:0
Qol: Okriaşvili, 77-pen.

 

4-cü qrup

Makedoniya - Ermənistan 2:0
Qollar: Alioski, 13-pen. Pandev, 59.

 

Lixtenşteyn - Cəbəllütariq 2:0
Qollar: Salanoviç, 32. Vizer, 72. 

Müəllif: Orxan NOVRUZOV