Badmintonçumuz Danimarka təmsilçisi ilə qarşılaşacaq

ESTAFET/ Bugün Estoniyanın Tallin şəhərində badminton üzrə 19 yaşadək idmançıların fərdi Avropa çempionatına start veriləcək. 40 ölkədən 154 badmintonçunun qatıldığı qitə çempionatında ölkəmizi Səbuhi Hüseynov təmsil edəcək.

 

Kişilərin şəxsi yarışında badmintonçumuzun rəqibi Danimarka təmsilçisi Mads Sorensen olacaq. Kalev İdman Zalında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Artıq iki gündür Tallində olan Səbuhi Hüseynov şəxsi məşqçisi Cavanşir Əlizadənin rəhbərliyi altında məşqlərini davam etdirir. 

Müəllif: Məsim MƏSİMZADƏ