"Nəticədən narazıyıq. Əslində, heç nədən razı deyilik": Şeydayev

ESTAFET/ "Səfərdə 1:1 oynadıq. Nəticədən narazıyıq. Əslində, heç nədən razı deyilik". Bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasında Malta yığmasıyla səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonrakı açıqlamasında bildirib.

 

İkinci hissədə meydana çıxan gənc hücumçu qol vurmaq istəyinin böyük olduğunu söyləyib: "Baş məşqçi məni meydana buraxanda qol vurmaq tapşırığını vermişdi. Buna köklənmişdim, ancaq alınmadı. Kosovo qalib gəldi, biz də qalib gəlməliyik. Ümid edirəm ki, növbəti matçda buna nail olacağıq".

 

Qeyd edək ki, millimiz qrupda növbəti matçını oktyabrın 11-də səfərdə Farer adalarıyla keçirəcək.  

 

Mənbə: Sport24

Müəllif: Estafet.az