FİZİKİ TƏRBİYƏ MÜƏLLİMLƏRİ ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib. Bu barədə Estafet.az-a Təhsil nazirliyindən məlumat verilib.

Azərbaycan Badminton Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə dərsdənkənar vaxtlarda keçirilən təlimlərin məqsədi fiziki tərbiyə müəllimlərini badminton idman növü üzrə məşq prosesi aparmağa hazırlamaq olub.

Təlimlərdə 14 ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi iştirak edib.

Badminton üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq prosesinin elementləri ilə tanış edib, onlara bu idman növü üzrə qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər barədə ərtaflı məlumat veriblər.