Cüdo üzrə dünya çempionatının saytı istifadəyə verilib

ESTAFET/ Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi saytı istifadəyə verilib. http://worldjudo2018.com/ saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Saytda Ana səhifə, Xəbərlər, Rəsmi, Təqvim və Nəticələr bölməsi yer alıb. Azarkeşlərin dünya çempionatına bilet sifarişi üçün də müvafiq bölmə mövcuddur. Saytda həmçinin Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğı və cüdo uğurlarımızdan bəhs edən məqalələr də öz əksini tapıb. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin salamlama nitqləri də saytda yer alıb.

 

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20-27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV