Məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək

ESTAFET/ Sentyabrın 18-də və 19-da AFFA tərəfindən Bakı şəhərində UEFA-nın “A” “B” və AFFA-nın “C” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:


1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti



Kursda iştirak üçün ödənişin məbləği:
- C lisenziya üçün 100 manat
- B lisenziya üçün 300 manat
- A lisenziya üçün 500 manat


Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: İslam Məmmədxanov
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-28
E-mail: islam.m@affa.az 

Müəllif: Orxan NOVRUZOV