Şemberev Dünya kubokunda 2 medal qazandı

ESTAFET/ Sentyabrın 15-də Dogada (Qətər) üzgüçülük üzrə Dünya kubokunun ikinci mərhələsinin ikinci günündə yarışlar keçirilib.

 

Azərbaycan idmançısı Maksim Şemberev yarışda kişilər arasında 200 metr məsafəyə batterflay üsulunda qızıl medal qazanıb. İkinci yerin sahibi macar idmançı David Verrasto, 3-cü yerin sahibi isə çinli Yuhanq Vu olub.  

 

Maksim həmçinin 400 m qarışıq üsulda yarışın gümüş medalına sahib olub. 

Müəllif: Natiq NƏSİROV