Rail 50-ci oyunla 19-cu oldu

ESTAFET/ Rail Məlikov “Sumqayıt”da yubiley oyununu keçirib. Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının IV turunun “Qarabağ”la səfər matçı təcrübəli müdafiəçi üçün əlamətdar olub. Arxa xətt oyunçusu 50-ci dəfə “Sumqayıt” formasında Premyer Liqa görüşünü keçirib. Bu qarşılaşmaya kapitan kimi çıxan Rail klubunda qol sevinci yaşamayıb. O, 2016/17 mövsümündə 24, ötən çempionat 22, cari birincilikdə 4 dəfə meydana çıxıb.

 

Qeyd edək ki, Məlikov “Sumqayıt”ın tarixində 50 və daha çox Premyer Liqa matçına çıxan 19-cu futbolçudur. 

Müəllif: Bəhruz MƏMMƏDOV