İcraiyyə Komitəsinin qərarları

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

 

Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 74 №-li futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

 

Topaz Premyer Liqasının IV turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

 

“Səbail” – “Zirə” matçında “Zirə” komandasının heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməlidir. “Zirə” komandası protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etmədiyinə görə oyunun nəticəsi ləğv edilir, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 97).

 

Topaz Premyer Liqasının IV turunun “Sabah” – “Qəbələ” matçının 75-ci dəqiqəsində “Sabah” klubunun 19 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

I Divizionun III turunun “Turan Tovuz” – MOİK matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun III turunun “Qaradağ Lökbatan” – “Keşlə-2” matçının 42-ci dəqiqəsində “Keşlə-2” klubunun 66 №-li futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun III turunun “Sabah-2” – “Zaqatala” matçında “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 45+1-ci dəqiqəsində “Zaqatala” klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). 

Müəllif: Bəhruz MƏMMƏDOV