Cüdoçularımız öz rəqiblərini tanıdılar

ESTAFET/ Xəbər verdiyimiz kimi, sabahdan etibarən ölkəmizdə dabah bir nüfuzlu müsabiqə start götürəcək. Belə ki, paytaxtımızın ən gözəl idman arenalarından biri olan Milli Gimnastika Arenasında planetin ən güclü cüdoçularının iştirakı ilə Dünya çempionatı başlayacaq.

 

Bu gün keçirilən püşkatma mərasimindən sonra mundialda çıxış edəcək bütün təmsilçilərimiz ilk rəqiblərini tanıyıblar. Qeyd edək ki, nüfuzlu yarışda ölkəmiz 9 kişi və 4 qadın cüdoçusu mübarizə aparacaq. Onlardan 2-si 1/16 final, qalanları isə 1/32 final mərhələsindən mübarizəyə başlayacaq.

 

Qadınlar

48 kq

1/32 final: Aişə Qurbanlı - Amber Gersyes (Hollandiya)

 

52 kq

1/32 final: Buyankişiq Purevsuren - Çelsi Gilz (Böyük Britaniya)

 

57 kq

1/32 final: İçinxorlu Munxtsedev - Amelie Stoll (Almaniya)

 

+78 kq

1/16 final: İrina Kindzerska - Sandra Yablonskite (Litva)

 


Kişilər

60 kq

1/32 final: Orxan Səfərov - Amartuvşin Bayaraa (Monqolustan)

1/32 final: Kəramət Hüseynov - Joran Şildermans (Belçika)

 

66 kq

1/32 fina: Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)

 

73 kq

1/32 final: Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)

1/32 final: Hidayət Heydərov - Sajjad Sehen (İraq)

 

90 kq

1/32 final: Məmmədəli Mehdiyev - Viktor Klyavusev (Belarus)

 

100 kq

1/32 final: Elmar Qasımov - Martin Paçek (İsveç)

1/32 final: Zelim Kotsoyev - Yoakim Dvarbi (İsveç)

 

+100 kq

1/16 final: Uşangi Kokauri - Vladislav Tsyarpitski (Belarus)

 

İlk yarış günündə Azərbaycan təmsilçilərindən Aişə Qurbanlı (48 kq), Orxan Səfərov və Kəramət Hüseynov (hər ikisi 60 kq) tatami üzərinə çıxacaq.

Müəllif: Natiq NƏSİROV