"Liverpul" son anda sevindi: ÇL - qrup mərhələsi

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib. 

 

Türkiyənin turnirdəki təmsilçisi "Qalatasaray" doğma "Türk Telekom" stadionunda Rusiya çempionu "Lokomotiv"i darmadağın edib - 3:0.

 

D qrupunun digər oyununda "Şalke" Almaniyada Portuqaliya "Portu"su ilə 1:1 hesablı heç-heçə edib. Bu nəticələrdən sonra "Qalatasaray" 3 xalla vahid lider olub.

 

Günün mərkəzi qarşılaşması C qrupuna təsadüf edib. İngiltərədə "Liverpul" Fransa PSJ-si ilə görüşdə son dəqiqə qolu ilə qələbə qazanıb - 3:2. Qrupun digər görüşündə "Srvena Zvezda" Serbiyada İtaliya "Napoli"si ilə qolsuz heç-heçə edib.

 

Çempionlar Liqası, 2018/2019 mövsümü

I turun oyunları

 

18 sentyabr 2018

A qrupu

"Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya)  1:2

Qollar: Samüel Qransir 18 : Dieqo Kosta 32, Xose Ximenes 45+1

 

"Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) - 0:1

Qol: Kristian Pulişiç 85

 

B qrupu

"İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə)  2:1

Qollar: Mauro İkardi 86, Matias Vesino 90+2 : Kristian Eriksen 53

 

"Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya)  4:0

Qollar: Lionel Messi 32, 77, 87, Usman Dembele 75

Qırmızı vərəqə: Samüel Umtiti 79 ("Barselona")

 

C qrupu

"Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya)  0:0

 

"Liverpul" (İngiltərə) - PSJ (Fransa)  3:2

Qollar: Daniel Starric 30, Ceyms Milner 36 (p.), Roberto Firmino 90+2 : Tomas Mönyö 40, Kilian Mbappe 83

 

D qrupu

"Şalke" (Almaniya) - "Portu" (Portuqaliya) - 1:1

Qollar: Bril Embolo 64 : Otavio 75 (p.)

Yerinə yetirilməyən penalti: Aleks Telles 13 ("Portu")

 

"Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)  3:0

Qollar: Qarri Rodriges 9, Eren Derdiyok 67, Selçuk İnan 90+4 (p.) 

Müəllif: Orxan NOVRUZOV